Media Özəl

Uzun müddət sanksiyalar altındadırsa, İran dronları və raketləri haradan alır?

Uzun müddət sanksiyalar altındadırsa, İran dronları və raketləri haradan alır?

Bütün bunlar Obama siyasətinin nəticələridir.

İranın raket və öldürücü pilotsuz uçuş aparatları istehsal etmək qabiliyyəti ilə bağlı çoxlu suallar var. Onlar bunu necə bacarırlar, çünki ölkə uzun müddətdir ki, sanksiyalar altındadır?

Faktlarla danışaq.

ABŞ 1979-cu ildə İslam İnqilabından dərhal sonra İrana qarşı sanksiyalar tətbiq edib. 1995-ci ildə sanksiyalar İran hökumətinin nəzarətində olan firmaları əhatə edəcək şəkildə genişləndirildi. 2006-cı ildə BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi proqramının dayandırılmasını tələb edən qətnamə qəbul edib. İranlılar Buşəhr AES layihəsinin həyata keçirilməsi çərçivəsində rusların yaratdığı imkanlara arxalanaraq buna başladılar.

2010-cu ildə BMT İrana qarşı sanksiyalar tətbiq edərək, Tehranın dinc nüvə proqramı adı altında nüvə silahı hazırladığını iddia edib. Aİ və ABŞ hökumətləri İrana qarşı əlavə sanksiyalar tətbiq edərək, xüsusən də neft və qaz sənayesində əməkdaşlığı məhdudlaşdırıb.

Amma 2016-cı il yanvarın 17-də qondarma nüvə sazişinin imzalanmasından sonra ABŞ və Aİ İrana qarşı sanksiyaların ləğv edildiyini bəyan ediblər. Həmçinin İranın beynəlxalq və xarici maliyyə qurumlarında təxminən 100 milyard dollarını blokdan çıxartdılar. İran gündəlik 500 min barel [neft] ixrac etməyə hazır olduğunu, sonradan isə ixracı 1 milyon barrelə çatdıracağını açıqladı.

Bu gün ABŞ, İngiltərə və Fransa bildirirlər ki, İran Rusiyaya pilotsuz təyyarələr verməklə Tehran və altı dövlət arasında 2015-ci il nüvə sazişini təsdiq edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur.

Bu qətnaməyə əsasən, İrana qarşı adi silah embarqosu 2020-ci ilin oktyabr ayına qədər qüvvədədir. 2018-ci ildə sazişdən birtərəfli qaydada geri çəkilən Tramp embarqonu uzatmağa çalışsa da, Təhlükəsizlik Şurası bu tələbi rədd edərək, Tehrana silah ixracına icazə verib. Kimin səs vermədiyini izah etməyə ehtiyac yoxdur.

Qərb paytaxtlarında deyildiyi kimi, raket komponentlərinin və əlaqəli texnologiyaların ixracını və idxalını məhdudlaşdıran bu qətnamə ən azı 2023-cü ilin oktyabrına qədər qüvvədədir. Yəni bu variantda belə iranlılar qətnaməni kobud şəkildə pozurlar. Yəqin ki, yeni sanksiyalara məruz qalmamaq üçün açıq-aşkar yalan danışırlar.

2015-ci il nüvə sazişi ABŞ üçün strateji məğlubiyyət və Barak Obamanın kobud səhvi oldu. İmzalanandan sonra İranın əldə etdiyi resurslar sayəsində yeni raket proqramlarına start verdilər, pilotsuz təyyarələrin istehsalına başladılar. Müqavilə ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı ilə müttəfiqliyinə də zərər verdi və Rusiyanın regionda genişlənməsinə yol açdı. Hazırda həm Ukraynada, həm də Yaxın Şərqdə əlimizdə olan hər şey Obamanın siyasətinin nəticələridir.

İQOR SEMİVOLOS Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru.

D
demokrat.az