“İnsanı şüalanmadan müəyyən faiz nisbətində qoruyan maddə yod deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Professor qeyd edib ki, radioprotektorlar insanı şüalanmadan qoruyur.
“Bu qrupa əsasən, Meksamin, Sistamin, Qammafos tiazol, B-190 (İndralin) və s. kimi preparatlar aiddir. Hazırda istifadə sahələri, əsasən onkologiya (radioterapiya kursu zamanı) praktikasıdır. Onlar həmçinin, radioaktiv fəlakətlər zamanı, profilaktik işlər aparan şəxslərə radioaktiv mühitə düşməmişdən öncə də təyin edilir. Yəni nüvə fəlakəti baş verdikdən sonra onların qəbulu əməli əhəmiyyət kəsb etmir. Yod preparatları, xüsusən hazırda insanları daha çox maraqlandıran kalium yodid, Vitamir, eləcə də Yodobalans, Yodomarin kimi alman preparatları və s. radiasiyaya təsir etmir, yalnız qalxanabənzər vəzdə yodun radioaktiv-131 izotopunun toplanmasının qarşısını alır. Çünki yod qalxanabənzər vəzin follikullarının giriş qapısını blokada edərək, radioaktiv yod izomerinin vəzdə toplanması və vəz funksiyasının supressiv hala düşməsini önləyir”. 
“Belə olduqda, kiminsə təbliğatına uyub, yod və yod preparatlarını alıb, evinizə doldurmağın, stress, ruhu sarsıntı, depressiya və xəstəliyə düşməyin mənası nədir? Son olaraq, bir də təkrar edirəm ki, nüvə müharibəsi heç bir vaxt olmayacaqdır. Hər şeydən əvvəl ona görə ki, müasir nüvə silahları, düşdüyü yerdən 10 min kvadrat kilometrlərlə uzaq ərazini belə viran qoyub, əhalisini külə çevirmək qüdrətindədir”.
Aynurə Demokrat.az


