Xarici siyasət Özəl

“Fransa bölgədə davamlı təhlükəsizlik və sülhün olmasına qarşıdır” — Deputat

“Fransa bölgədə davamlı təhlükəsizlik və sülhün olmasına qarşıdır” — Deputat

“Azərbaycan qələbə əldə etdikdən sonra ölkəmizin qarşısında duran əsas məsələlərdən biri ölkədə həmin ərazilərdə davamlı təhlükəsizliyin və sülhün bərpa edilməsidir. Bunun da əsas səbəblərindən biri kimi, Ermənistan-Azərbaycan arasında olan delimitasiyanın həyata keçirilməsi, sərhədlərin dəqiqləşdirilməsi və bizim çoxdan gözlədiyimiz sülh müqaviləsinin imzalanmasıdır. Bu məqsədlər üçün Möhtərəm, cənab Prezident İlham Əliyev yüksək səviyyədə işlər aparmaqdadır. Apardığı bu işlər içərisində əsasən də, iki istiqamətdə həm Rusiya Federasiyanın prezidenti Vladimir Putinin rəhbərliyi ilə üçtərəfli görüş, eyni zamanda Avropa Şurasının İttifaqının sədri Şarl Mişellə yenə də üçtərəfli görüşün təşkil edilməsidir. Bundan başqa, isə son zamanlar Praqada Cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziiri Nikol Paşinyanın, Fransanın prezidenti Makronun və Avropa Şurası İttifaqının sədri Şarl Mişelin dördtərəfli görüşü əsasında Azərbaycan-Ermənistan sərhədləri arasında delimitasiyası və bundan sonra sülh müqaviləsi ilə bağlı görüşlərin keçirilməsi isə təbii ki, Azərbaycanla Ermənistan arasında gələcəkdə bağlanacaq sülh müqaviləsinə yeni bir təkan kimi qiymətləndirilməli idi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. Deputat qeyd edib ki, lakin son vaxtlar Fransa prezidenti Makronun heç bir diplomatik qaydalara sığmayan, həm Azərbaycan və Fransa arasında münasibətlərə kölgə salmaq, eyni zamanda Ermənistanla Azərbaycanın gələcəkdə sülh şəraitində yaşaması ilə bağlı olan ümidlərə sanki zərbə vurmaqla bağlı bəyanatlarını eşidirik. “Təbii ki, bu bəyanatlar həm cənab İlham Əliyevin, həm də Azərbaycan xalqının artıq dərəcədə hiddətinə səbəb olmuşdur, çünki burada Fransanın prezidenti Makronun həm Azərbaycana qarşı olan birtərəfli mövqeyi, həm Azərbaycan-Ermənistan arasında olan münasibətlərə qarşı olan birtərəfli mövqeyi bir daha göstərir ki, Fransa sanki bölgədə davamlı təhlükəsizlik və sülhün olmasına və bu sülhün hər iki xalqın bir yerdə yaşamasına təmin etməyə qarşıdır. Yəni, bəyanatdan göründüyü kimi, Fransa prezidenti Ermənistanla bağlı birtərəfli qaydada münasibətlərin birtərəfli müdafiəsinin olduğunu göstərir. Bu da təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin ona qarşı verdiyi bəyanatda bir daha özünü göstəribdir. Cənab Prezidentin verdiyi bəyanat bir daha göstərr ki, Azərbaycan xalqı, Azərbaycan dövləti indiyə qədər bu məsələlərin həll olunması mövqeyində qətidir. Çünki Qarabağ Dünya Birləşmiş Millətlər təşkilatı başda olmaqla, bütün beynəlxalq təşkilatlar, dövlətlər Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır. Bu beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapıbdır”.

“Cənab Prezidentin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi, onların bundan sonra bu ərazilərdə hansı formada yaşaması isə Azərbaycan dövlətinin daxili işidir və biz bu daxili işlərimizi qəbul etməklə bağlı heç bir dövlətlərə məsləhətləşmirik. Çünki buna ehtiyac yoxdur. Azərbaycan demokratik respublikadır, Azərbaycanda yaşayan bütün xalqlar dinindən, dilindən, etiqadından, milliyətindən asılı olmayaraq Azərbaycan Konstitusiyanın qanunları ilə onların hüquq və bərabərliyi qorunur, o cümlədən də Azərbaycanda yaşayan ermənilərin. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Möhtərəm, cənab Prezidentin Makrona verdiyi bəyanata öz şərhini bildirməsi vaxtında və qətiyyətli bir mövqedir. Bu mövqe Azərbacan xalqı tərəfindən dəstəklənir”.

Aynurə Demokrat.az

D
demokrat.az