Hadisə

Avtobusda boru partladı, qadın sərnişin yandı

Avtobusda boru partladı, qadın sərnişin yandı

Gəncədə sərnişin avtobusda yanıq xəsarəti alıb.

Demokrat.az-ın məlumatına görə, hadisə şəhərdaxili marşrut kimi fəaliyyət göstərən avtobusda baş verib. Şəhər sakini Aygün Əliyeva marşrutda olan zaman avtobusun istilik sisteminin rezin borusu partlayıb. Nəticədə o 1-ci dərəcəli yanıq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

D
demokrat.az