"Bu şəhərdə" komandasının məşhur aktyorları Rafael İsgəndov və Coşqun Rəhimov yeni işə başlayıblar.
Demokrat.az xəbər verir ki, aktyorlar diyetoloq Leyla Zülfüqarlı ilə ATV kanalında "Mətbəx tv şousu" adlı veriliş aparacaqlar.
Verilişin ilk buraxılışı dünən artıq efirə gedib. Komediya ulduzlarının apardığı veriliş hər şənbə saat 22:00-da efirə gedəcək.
Proqramda Rafael İsgəndərov aşpaz, Coşqun Rəhimov isə qadın rolunda çıxış edəcəklər.





