Siyasət Özəl

Deputat: "Ermənistandan “marionet” kimi istifadə edirlər"

Deputat: Ermənistandan “marionet” kimi istifadə edirlər

"Son illərin müşahidələri göstərir ki, Nikol Paşinyan gündə bir neçə dəfə dediklərini təkzib edən, müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınan, verdiyi sözün məsuliyyətini dərk etməyən siyasətçilərdəndir. Bu da hər şeydən əvvəl, onun erməni xislətindən irəli gəlir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat vurğulayıb ki, o, parlamentdəki çıxışında xain adlandırılsa belə, sülh müqaviləsinə imza atacağını bəyan etmişdi: "Əfsuslar olsun ki, Nyu-Yorkdan qayıdarkən yolüstü Fransa prezidenti Makronla görüşdən sonra ritorikasını dəyişdi. Dövlət büdcəsində müdafiə xərclərini artırdı. Yeni silahların alınması barədə Hindistanla müqavilələr imzalandı.Aydın məsələdir ki, onun bu davranışları xoşməramlı məqsəd daşımır. Burada, ənənəvi olaraq, "erməni məsələsini" beynəlxalq gündəmdə saxlamaq istəyən xarici güclərin izi açıq şəkildə görünür. Həmin güclər regionda sülhün bərqərar olmasında maraqlı deyillər və tarixən olduğu kimi, hal-hazırda da Ermənistandan “marionet” kimi istifadə edirlər. Bu isə o deməkdir ki, erməni xəstəliyi sağalmazdır, metastaz verir". "Yeri gəlmişkən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan növbəti dəfə öz mülahizələrini erməni cəmiyyəti ilə bölüşdü və kifayət qədər obyektiv fikirlər səsləndirdi. Erməni xalqı 1998-ci ildə onu eşitmədi. Nəticə göz önündədir. Necə deyərlər, top onlardadır. Əgər, Paşinyan özündə siyasi iradə tapmasa, “Dəmir Yumruq” yenə başına dəyəcək", deputat sonda qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az