16 yaşlı qız evində ölü tapılıb. Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub. Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.
16 yaşlı qız evdə ölü tapıldı
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


