Dünya Özəl

Ərəb turist dənizdə itirdiyi boyunbağının axtarışı üçün ekskavator kirayələdi — FOTO

Ərəb turist dənizdə itirdiyi boyunbağının axtarışı üçün ekskavator kirayələdi — FOTO

Türkiyənin Rizə bölgəsində istirahət edən ərəb turist dənizdə qızıldan olan boyunbağını itirdiyi üçün maraqlı axtarış yolu seçib.

Demokrat.az xəbər verir ki, hadisə Rizənin Limanköy plyajında baş verib.

Ərəb turist nəhəng ekskavator kirayələyərək, dənizdə ağır texnika ilə boyunbağının axtarışlarını həyata keçirib.

Ancaq ərəb turist axtarış işlərinə böyük vəsait xərcləsə də, zinət əşyası tapılmayıb.

Qeyd edək ki, itirilən boyunbağının bazar qiyməti 120 min Türkiyə lirəsi (6600 ABŞ dolları) təşkil edir.

Məlik Demokrat.az

D
demokrat.az