Siyasət Özəl

Deputat: “Ermənistan anlamalıdır ki, əbədi düşmənçiliyin sonu yoxdur”

Deputat: “Ermənistan anlamalıdır ki, əbədi düşmənçiliyin sonu yoxdur”

“Beş erməni hərbiçisinin təhvil verilməsi Prezident İlham Əliyev tərəfindən Ermənistana edilmiş humanist, xeyirxah addım kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, bu, müharibədən qalib çıxmış Sərkərdənin göstərdiyi alicənab davranışdır:

“Azərbaycanın atdığı humanist addımın Ermənistan tərəfindən necə dəyərləndiriləcəyini yaxın zamanda görəcəyik. Ancaq fakt odur ki, əksər beynəlxalq təşkilatlar, böyük dövlətlər bu hadisəyə münasibətlərini bildirdilər və yüksək səviyyədə alqışladılar. Həmin silahlı ermənilərin müharibədən sonra Qarabağa keçmələrinə və konkret cinayət törətmələrinə baxmayaraq, Ermənistan bütün beynəlxalq təşkilatlarda, ikitərəfli və çoxtərəfli danışıqlarda spekulyativ şəkildə onların məsələsini qaldırır, ölkəmizi günahlandırırlar. Dünya birliyi növbəti dəfə, Azərbaycanın regionda dayanıqlı sülhün yaranması üçün atdığı addımları gördü. İndi söz Ermənistanındır. Əgər erməni tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirəcəksə və barışığa yönəlik hərəkətlərində səmimi olacaqsa, təbiii ki, biz tərəfdən də adekvat addımlar atılacaqdır. Anlamalıdırlar ki, əbədi düşmənçiliyin sonu yoxdur. Əks halda, onların başa düşdüyü formada izah etməli olacağıq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az