Sosial Özəl

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”

Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır. Olkəmizdə bu sahədə vəziyyət necədir?

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”
Suallımızı cavablandıran sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün cəmiyyətdə qadın-kişi münasibətləri özünün tənəzzül dövrünü yaşayır. Sosioloq qeyd edib ki, bu ifadə kobud səslənsə də, amma acı bir həqiqətdir:

“Ümumiyyətlə, qadın-kişi münasibətlərindəki ən kritik an öldürməkdir. Bu isə artıq son nöqtədir. Müşahidə etdiyimiz kimi, hazırda həm öldürən, həm də öldürülən tərəflərin olduğu zəmanədə yaşayırıq. Ailədaxili qətllər hər gün rastlaşdığımız vəziyyətdir. Ona görə də, hesab edirəm ki, ailədaxili münasibətlər özünün tarixində bəlkə də ən kritik dövrünü yaşayır. Bizdə gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir. Əgər gender bərabərliyindən danışırıqsa, hesab edirlər ki, qadınlar bütün hallarda üstündür. Bərabərliyin olduğu yerlərdə üstünlük necə təmin olunur, bax bunun özü müəmmadır. Ona görə də, əvvəlcə insanlar gərək gender və feminizm anlayışlarının fərqinə varsınlar”.

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”
Sosioloqun sözlərinə görə, gender bərabərliyi təmin olunan cəmiyyətlərdə belə hüquq pozuntuları müşahidə edilir:

“Mümkün deyil ki, dünyanın ən sivil, ən demokratik ölkəsində belə gender bərabərliyi tam təmin edilmiş olsun. Mütləq hər hansı bir formada bu bərabərlik pozulmuş olur. Bərabərliyi qorumaq üçün isə ən əvvəl qadın və kişi hər kəs öz hüququnu bilməli, öz vəzifə borclarının öhdəsindən layiqincə gəlməlidir. Mən öz hüququmu müdafiə edirəm, qarşı tərəf də öz hüquqlarını müdafiə edirsə, burada bərabərlik təmin olunur. Amma bizim çox qədim və çox ironik bir atalar misalı var: “Sən ağa, mən ağa, bəs inəkləri kim sağa?” deyə bir məsəl var.

Ona görə hesab edirəm ki, bərabərlik həm qorunmalı, həm də tərəflər bir-birinə müəyyən güzəştə getməyi bacarmalıdırlar. Bərabərliyin qorunması kitab üzərində, sənədlər üzərində, dəyirmi masalar ətrafında olduqca gözəl səslənir. Lakin həyatda bu bərabərliyi tətbiq etmək, təmin etmək olduqca çətindir və necə deyərlər mümkün olan bir şey deyil”.

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”
Ailədaxili zorakılıq hallarının artmasına gəlincə isə ekspert hesab edir ki, bunun da bir sıra səbəbləri mövcuddur:

“Qeyd etdiyim kimi, gender bərabərliyinin təmin edilməsi hallarında hər iki tərəf öz bərabərliyinin hüquqlarının təminatını tələb edir, bu halda qarşılıqlı anlaşılmazlıq yaranır. Hər iki tərəf vəziyyəti öz lehinə çevirməyə çalışır ki, bərabərliyi belə təmin etsin. Lakin həm şərait, həm də yaşadığımız mühit bəzən bu bərabərliyin təminatına imkan yaratmır. Bu kimi hallarda dediyimiz kimi, o zaman qarşıdurmalar əmələ gəlir. Ümumiyyətlə, bizdə əvvəllər gender bərabərliyi anlayışı olmayıb və qadın-kişi hüquqları da bu qədər müzakirə edilməyib. Hətta, o dövrlərdə belə qadınların hüquqları indiki qədər əzilməyib. Normal cəmiyyətlərdə, sivil demokratik ölkələrdə, ümumiyyətlə belə məsələlər müzakirə edilməməlidir. Hər kəs öz yerini, öz hüququnu, öz haqqını bildiyi yerdə bu cür məsələlər müzakirə olunmur. Müzakirə edilirsə, orada haqq və hüquq ikinci plana atılır. Haqq və hüquqlar tapdanır ki, bu cür məsələlər müzakirəyə çıxardılır”.

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”
L.Mehralının fikrincə, hər kəs öz vəzifə və öhdəliyini, məsuliyyətini bilsə hansısa bərabərlikdən danışmağa dəyməz:

“Bəzən hər kəs öz məsuliyyətdən yaxasını kənara çəkirsə, bax bu ilkin qarşıdurmanın səbəbi ola bilir. Tərəflərin bir-birilə bu cür provokasiyaya getməsi, zorakılıq tətbiq etməsi məhz bu kimi mübahisələrdən yaranır. Mən dediyimi sən etmədin, məndən icazə almadın və s. kimi fikirlər qarşıdurmaların ana səbəbləridir. Ona görə də, insanlar bir-biri üzərində hökmranlıq, ağalıq etməkdən çox bir-birini anlamağa başlasalar yaxşı olar. Kişilər qadınlara öz mülki kimi baxmasalar, onlar üzərində hakimiyyət qurmağa çalışmasa, bu bərabərliyi yalnız sənədlərdə, sözlərdə deyil, əməldə də göstərsək nə ailədaxili zorakılıq qalar, nə qarşıdurma yaranar. Nə ailələr dağılar, nə də ki, boşanma statistikası bu həddə çatar”.

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”
Sosioloq Aynur Hacıyeva isə Demokrat.az-a açıqlamasında bildirib ki, kişi və qadın bir-birini tamamlamalıdır:

“Hazırda cəmiyyətimizdə kişi-qadın münasibətlərinin pis və ya yaxşı olması haqqında dəqiq fikir deyə bilmirik. Çünki bu münasibətlər müəyyən faktorlara görə dəyişkəndir. İndi cəmiyyətimizdə bir-birini anlayan, tamamlayan çox gözəl münasibətlər müşahidə edirik. Lakin bu, o demək deyil ki, toplumda bütün münasibətlər belədir. Təəssüflə bildiririk ki, şiddətin böyük rol oynadığı münasibətlər də az deyil. Hətta şiddətin nəticəsi olaraq qadın qatillərinin, qadın və uşaq intiharlarının sayı kifayət qədərdir”.

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”
Sosioloq hesab edir ki, gender bərabərliyini qorumaq üçün ilkin olaraq qadınlar və kişilər öz düşüncələrində bu bərabərliyi qorumalıdır:

“Cəmiyyətimizin qadınlardan gözləntiləri həmişə böyük olub. Hər zaman da qadınlar bu gözləntiləri qarşılamaq üçün çalışmış və bunu norma kimi qəbul etmişlər. Gender berabərliyini qorumaq üçün ilkin olaraq kişilərin qadınlardan, qadınların isə kişilərdən gözləntiləri norma çərçivəsində olmalıdır. Biri digərinə daşıya bilməyəcəyi məsuliyyəti yükləməməlidir”.

A.Hacıyeva bu gün ailələrdə şiddətin artdığına da diqqət çəkib:

“Gender bərabərliyi dedikdə, əksəriyyət feminizm anlayışını qəbul edir”
“Ailələrdə şiddət hallarının artmasına səbəblər müxtəlif ola bilər. Maddi, mənəvi və ya ailəyə kənar şəxslərin müdaxiləsi də bunu artıran səbəblərdir. Bəzən şiddətin yekunu qətllə nəticələnir. Qeyd etdiyimiz kimi, ailədə bəzən gender bərabərliyinin pozulması bir şəxsin digər şəxsdən gözləntilərinin çox olması, təktərəfli məsuliyyətin bir şəxsə yüklənməsi ailədaxili şiddətin artmasına gətirib çıxarır. Xüsusilə, kişilərin qadınlara şiddət göstərməsinə, qadın cinayətlərinin artmasına səbəb olur. Hesab edirəm ki, bu sahədə müvafiq işlərin görülməsinə zərurət var”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az