Sosial Özəl

Deputat: “Bütün dünyaya da bəllidir ki, Ermənistan dövləti deyilən bir dövlət yoxdur”

Deputat: “Bütün dünyaya da bəllidir ki, Ermənistan dövləti deyilən bir dövlət yoxdur”

“Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımız, soydaşımız, qardaş-bacılarımız işğalçı Ermənistanın quldur hərbi birləşmələri tərəfindən girov götürülüb. Bu əsir və girovların sayı Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən, bir sıra beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunub. Nə qədər ağır və acılı olsa da, qeyd etməliyik ki, bunların içərisində uşaq da, qoca da var. Amma, Ermənistan dövlətinin o qəddar, faşist mahiyyətindən irəli gələrək hələ də bu itkinlər, əsirlər haqqında heç bir məlumat vermir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat qeyd edib ki, bu müddət ərzində həmin vətədaşlarımızın sağ qalma ehtimalı azdır:

“Bir neçə dəfə İnterpol, Avropol və s. beynəlxalq təşkilatlar orqan transplantasiyası, insan alveri ilə bağlı çox ciddi hesabatlar yaymışdı. O hesabatlarda Ermənistanın da adı keçmişdir. Belə ehtimal var ki, işğalçı Ermənistan dövləti, müvafiq quldur strukturları bu itkin və əsirlərdən müxtəlif məqsədlər üçün istifadə etmişdir. Azərbaycan dövləti istər Ulu Öndər Heydər Əliyevin vaxtında, istərsə də bu gün Möhtərəm Prezidentimizin çox ciddi səyi, qətiyyəti ilə əsirlərimiz barədə Ermənistan dövlətindən izahat tələb edir. İkinci Qarabağ müharibəsində 44 günlük Vətən müharibəsində Cənab Prezidentimziin “dəmir yumruğu” ilə faşiszmin darmadağın edilməsinə baxmayaraq, Ermənistanın təcavüzkar ordusu hələ də bu haqda məlumat vermir. Bilirisniz ki, bütün dünyaya da bəllidir ki, Ermənistan dövləti deyilən bir şey yoxdur”.

Millət vəkili əlavə edib ki, bu bir faşist ideologiyasını daşıyan imperialist dövlətlərin əlində alətdir:

“Bugünə qədər Ermənistan işğaldan azad olunmuş, minalanmış ərazilərin xəritəsini belə təqdim etmirlər. Bu günləri avqust ayı boyunca Laçından, Zabuxdan, Susdan köçən və qeyri-qanuni köçürülmüş ermənilər oranı tərk edərkən təbiətə vurduqları vəhşiliklər göz qabağındadır. Amma, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susur.

Görməmizlikdən gəlirlər. Aydındır ki, beynəlxalq təşkilatların əksəriyyəti ermənipərəstdir və işğalçı Ermənistana dəstək verərək, onu bəsləyir. Üzr istəyirəm, daha da əndasindən çıxardır və ermənilər vəhşiliyin ən pik dərəcəsinə çatıblar. Bütün xarici qüvvələr, dünya təcavüzkar Ermənistana dəstək versə də, xalqımızın birliyi, xalqımızın öz liderinə sonsuz inamı, etimadı ilə onun arxasında dayaq oldu. Qəhrəman Ordumuzun şücaəti, Şəhidlərimizin qanı ilə, qazilərimzin sağlamlığı ilə biz işğal altında olan Qarabağ torpaqlarını işğaldan azad etdik. Sözsüz ki, 4 minə yaxın girovlarımız barədə, baş verənlərlə bağlı susqunluq göstərildi.Beynəlxalq qurumlar tərəfindən bunlara lal, kar, kor reaksiya verildi. Beynəlxalq təşkilatlar və dünyanın nüfuzlu dövətlərində heç biri Ermənistana dur demədi və demir!”

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az