Hadisə

Azərbaycanda məktəbli tüfənglə özünü yaraladı

Azərbaycanda məktəbli tüfənglə özünü yaraladı

Göyçayda 6-cı sinif şagirdi tüfənglə ehtiyatsız davrandığı üçün xəsarət alıb.

Demokrat.az xəbər verir ki, Sumqayıt sakini, 2011-ci il təvəllüdlü İsmayıl Fərzəlizadə qonaq getdiyi evdə tir tüfəngi ilə oynayarkən atəş açıb. Azyaşlı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Hazırda uşaq evdədir, vəziyyətinin normal olduğu bildirilir.(qafqazinfo.az)

D
demokrat.az