Sumqayıt şəhərində baş vermiş yanğın saat 20.46-da söndürülüb.
Yanğın nəticəsində sahibi məlum olmayan, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 400 kv.m. olan obyektin dam örtüyünün yanar konstruksiyaları və bitişik Sumqayıt şəhər Təcili Yardım Stansiyasının ərazisində ümumi sahəsi 240 kv.m. olan anbarın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Yanğından anbarın qalan hissəsi və bitişik qazanxana mühafizə olunub.
Demokrat.az


