Gündəm Özəl

Deputat: “Cənubi Qafqazda sülhün daimi olması üçün tarixi Zəngəzur yolu açılmalıdır”

Deputat: “Cənubi Qafqazda sülhün daimi olması üçün tarixi Zəngəzur yolu açılmalıdır”

“9 noyabr 2020-ci ildə Azərbaycan böyük Qələbə əldə etdikdən sonra Azərbaycan-Rusiya-Ermənistan arasında bağlanmış həmin bəyanata əsasən Azərbaycan tərəfi məhz Laçın rayonun ərazisini və Laçın şəhər mərkəzini keçməyərək digər yolun çəkilişini öz öhdəsinə götürmüşdü”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Deputat qeyd edib ki,artıq bu yolun çəkilişi prosesi yekunlaşmaq üzrədir:

“Bizdə olan məlumata görə, bu yol artıq yekunlaşıb. Sadəcə olaraq, Ermənistan tərəfdən yolun çəkilən hissəsi qalıb. Mətbuatda yayılan məlumatlara görə, artıq buna Ermənistan tərəfindən də başlanılıb. Möhtərəm Cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, müharibə bitdikdən sonra bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələləri öz müsbət həllini tapmalı idi. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların və yol-hərəkət qaydalarının açılması ilə bağlı məsələlər müsbət həllini tapmalı idi. Digər bir tərəfdən isə tarixi Zəngəzur ərazisindən keçərək Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı birləşdirəcək yolun çəkilişi ilə bağlı Ermənistan tərəfi öz öhdəliyini yerinə yetirməli idi. Bilirsiniz ki, ötən iki il müddətində Ermənistan tərəfi həm də delimitasiya prosesini ləngitməyə can atırdı. Moskvada, Brüsseldə bununla bağlı dəfələrlə üçtərəfli görüşlər keçirilirdi, amma Ermənistan tərəfi hər dəfə bəhanə gətirərək bu prosesi uzatmağa çalışırdı. Lakin yekunda yenə Azərbaycan tərəfinin diqtəsi öz müsbət həllini tapdı. Həm Azərbaycan tərəfdən, həm Ermənistan tərəfdən belə bir komissiya yaradıldı. Məndə olan məlumata görə, komissiya bir neçə dəfə Moskvada, Brüsseldə görüşlər keçirib. Eyni zamanda, birbaşa görüşlər təşkil edilib. İnanırıq ki, bu proses də Azərbaycanın istədiyi kimi həllini tapacaq”.

Deputat vurğulayıb ki, Azərbaycan dövləti hər zaman sülh məsələlərinin öz müsbət həllini tapmasının tərəfdarıdır:

“Hazırda Ermənistan tərəfi Zəngəzur məsələsini uzatmaqda davam edir. Amma tarix göstərir ki, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm hərbi mövqeyi gücləndikcə artıq bu reallıqdır. Güclü olduğu təqdirdə Ermənistan tərəfi sadəcə bu məsələləri uzada bilir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məsələnin uzanması Ermənistan tərəfinə heç nəyi həll etmir. Yəni, deyək ki, bu gün olmayacaq, 5 gün sonra olacaq, 1 ay sonra olacaq, məsələnin mahiyyəti dəyişmir. Əsas mahiyyət ondan ibarətdir ki, Azərbaycanın mövqeyi güclüdür. Həm iqtisadi, həm siyasi, həm hərbi məsələlərdə əsas mahiyyət ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqaza sülh istəyir. Azərbaycan Ordusu bu sülhü Cənubi Qafqaza gətirib. Biz işğal altında olan torpaqların hamısını geri qaytarmaqla, artıq bu sülhü Cənubi Qafqaza gətirmişik. Sadəcə bu sülhün daimi və təhlükəsiz olması ilə bağlı məsələlər qalmaqdadır. O da zaman-zaman öz həllini tapmaqdadır. Cənubi Qafqaza gəlmiş sülhün daimi və təhlükəsiz olmasının əsas məqamlarından biri tarixi Zəngəzur yolunun açılması və bu yoldan biz azərbaycanlıların istifadə edərək Naxçıvana, oradan Türkiyəyə, Türkiyədən isə Avropaya çıxışışımzı təmin etməkdir. İnanıram ki, yaxın zamanlarda Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan tərəfi nə qədər yubatsa da, Zəngəzur dəhlizi ilə bağlı öz fikirlərini verməlidir”.

“Xatırlayırsınızsa, lap əvvəllər müharibə yeni bitən ərəfələrdən sonra Möhtərəm Cənab Prezident çıxışlarının birində qeyd edirdi ki, nəyin bahasına olursa-olsun ya zor, ya xoş variantada biz Zəngəzur dəhlizinin açılmasına nail olacağıq. Mənə elə gəlir ki, həmin tarix zaman-zaman öz gününü tapmaqdadır. Yaxın vaxtlarda Ermənistan tərəfindən biz konkret Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər eşidəcəyik. Təbii ki, bu da həm Azərbaycanın, həm də bölgənin iqtisadi imkanlarını artıracaq. Azərbaycam həm Ermənistanın, həm işğaldan azad etdiyimiz ərazilərin logistik imkanlarını artıracaq. Zəngəzur dəhlizinin açılması, logistik imkanların artması, orada iqtisadi imkanların daha da artması gələcəkdə bu ərazilərə köçürələcək insanların da sosial-iqtisadi həyatında müsbət rol oynayacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az