Fövqəladə Hallar Nazirliyi (FHN)Puta Dəniz Limanında gəmidəkiyanğınla bağlı məlumat yayıb.
Demokrat.az FHN-ə istinadən xəbər verir ki,Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb. Gəminin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Demokrat.az


