Dünya Özəl

Quterreş nüvə silahından danışdı

Quterreş nüvə silahından danışdı

“Hazırkı geosiyasi vəziyyəti nəzərə alaraqnüvə silahının yayılmaması ilə bağlı müqavilə həmişəkindən daha zəruridir”.

Demokrat.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə icmal konfransında çıxışı zamanı bildirib. “Biz tərksilah yoluna qayıtmalıyıq, çünki nüvə silahının dünyanı məhv etməsi təhlükəsi artıq soyuq müharibə zamanındakı səviyyəyə çatıb. Bu gün bəşəriyyəti nüvə məhvindən yalnız bir anlaşılmazlıq, bir səhv hesab ayırır. İndiyə qədər bizim bəxtimiz gətirib, amma bəxt strategiya deyil”, - deyə baş katibvurğulayıb.

Leyla Demokrat.az

D
demokrat.az