Bakı metrosunda sərnişinin halı pisləşib.
Hadisə səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.
Gənc qız bir anda huşunu itirərək, yerə yıxılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, gənc qızın halı pisləşib və metropoliten əməkdaşları ona yardım ediblər:
“Xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırılıb. Təcili yardım gələnə qədər polislər və metropoliten əməkdaşları sərnişinə ilkin yardım göstəriblər”.(oxu.az)
Demokrat.az


