Sosial

“Azad olunmuş yerlər məscid deyil ki, orada içki içilməsin” — DEPUTAT

“Azad olunmuş yerlər məscid deyil ki, orada içki içilməsin” — DEPUTAT

“Qarabağ torpaqları Azərbaycan xalqının bayram etməsi, sakinlərimizin doğma yurduna qovuşması üçün azad edilib”. Bu fikirləriModern.az-a Millli Məclisin ağdamlı deputatı Aqil Abbas işğaldan azad olunmuş ərazilərdə şənliklərin, içki məclislərinin qurulmaması barədə fikirlərə münasibət bildirərkən deyib. Deputat hesab edir ki, şəhid verdiyimiz Qarabağda toy mərasimlərinin keçirilməməsinə dair təkliflər doğru deyil: “Camaat gedib qəbiristanlığı gəzsin, ancaq ağlasın? Minlərlə igid insanları torpağına qovuşdurmaq üçün öz canından keçib. Azad olunmuş bölgələrimizdə toy olmasın fikri çox mənasızdır. Çox üzr istəyərək söyləyirəm, işğaldan azad olunmuş bölgələr məscid deyil ki, orada içki içilməsinə pis baxılsın. Vətəndaş yurduna gedir, sevinib ata-baba ocağında yeyib-içir. O torpağa qovuşduğu üçün qurban kəsənlər də var”. Qeyd edək ki, son vaxtlarsosial şəbəkələrdə işğaldan azad olunmuş bölgələrdə toy-bayram, içki məclislərinin qurulmaması barədəfikirlər səsləndirilir. Hesab edilir ki, qəhrəman vətən övladlarının qanı tökülən torpaqlarda spirtli içki içmək, əylənmək olmaz. Bəzi soydaşlarımızisə bu fikirlərlə razılaşmırlar. Bildirilir ki,30 illik həsrətdən sonra azad olunan Qarabağda toy-büsat olmalı, insanlarZəfərin sevincini doğma el-obalarında yaşamalıdırlar.

D
demokrat.az