Hadisə

Şəkidə mikroavtobus qəzaya düşdü

Şəkidə mikroavtobus qəzaya düşdü

Şəkidə “Vito” markalı mikroavtobus qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax istiqamətində hərəkətdə olan Balakən sakini Yaşar Süleymanova məxsus “Vito” markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub.

Qəzadan sonra“Vito” yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olanlar ciddi xəsarət almayıb, üç baş camış tələf olub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az