Hadisə Özəl

“Premium clinic”də oğurluq anbaan lentə alındı — VİDEO

“Premium clinic”də oğurluq anbaan lentə alındı — VİDEO

Bu gün saat 10:51 radələrində “Premium clinic”də oğurluq anı anbaan lentə alınıb.

Orta yaşlı, naməlum şəxs klinikanın dəhlizindən keçərkən, kabinetin boş olduğunu yoxlayaraq, otağa daxil olur və bir neçə dəqiqə sonra sol cibi şişkin formada oranı tərk edir. Klinikadan bildirilib ki, içərisində 300 manat olan pul qabı və bank kartları, təqribən 13 qram çəkisində qızıl-zinət əşyası oğurlanıb.

Hadisə haqqında polisə məlumat verilib, əməliyyat-axtarış tədbirləri aparılır.

Bu şəxsi tanıyanlardan xahiş olunur ki, (+994 050) 246-76-71 nömrəsi ilə əlaqə saxlasınlar.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az