Gündəm Özəl

“Qərb sərhədlərimizdə antiterror əməliyyatlarının başladılmasının zamanıdır” — Hərbi analitik

“Qərb sərhədlərimizdə antiterror əməliyyatlarının başladılmasının zamanıdır” — Hərbi analitik

Ermənistan Silahlı Qüvvələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə tikinti işləri həyata keçirməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə xəbərdarlıq atəşi açıb və bütün qabaqlayıcı tədbirlər görülüb. Lakin sirr deyil ki, bu düşmən tərəfinin ilk addımı deyil.

Məsələyə münasibət bildirən hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycan Respublikasında özbaşınalıqları qəbul edilməzdir:

“Sülhməramlı” adı altında təxribatla məşğul olanların fəaliyyəti isə başqa bir mövzudur.

“Qərb sərhədlərimizdə antiterror əməliyyatlarının başladılmasının zamanıdır” — Hərbi analitik

Məsələ Azərbaycan Respublikasının ərazi bütövlüyüdür. Bu səbəblə əli silah tutan qurumlarımız düşmənin ərazilərimizə daxil olmasının qarşısının alınması istiqamətində çox daha qətiyyətli və sərt addım atmalıdırlar. Əks halda bu hallar adiləşmək üzrədir. Bəlkə də "5-ci kolon" ünsürlər elə buna da çalışırlar. Ümumiyyətlə, 10 noyabr bəyanatı şərtləri artıq tam olaraq pozulmuşdur”.

Hərbi analitik əlavə edib ki, bu səbəblə, Laçın yolu bağlanmalıdır:

“Bundan sonrakı addım isə ölkə daxilində və qərb sərhədlərimizin ötəsində antiterror əməliyyatlarının başladılmasıdır. Ərazilərimizin təhlükəsizliyi təmin olunduqdan sonra isə işğalçı "Sülhməramlıların” torpaqlarımızda səbəbsiz qalmalarına da ehtiyac yoxdur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az