Media Özəl

Kamran Yaradanquliyev: “Bayramımızı ikiqat bayrama çevirənlərə təşəkkür edirik!”

Kamran Yaradanquliyev: “Bayramımızı ikiqat bayrama çevirənlərə təşəkkür edirik!”

Şuşada Milli Mətbuatın 147-ci ildönümü münasibətilə təşkil olunmuş Beynəlxalq Media Forumda iştirak edən jurnalist, “Can.az TV”nin rəhbəri Kamran Yaradanquliyev təəssüratlarını Demokrat.az ilə bölüşüb:

“Təşkilatçılıq çox gözəl şəkildədir, Cənab prezidentin media nümayəndələrinə diqqətini növbəti dəfə hiss etdik. Çünki bu səfər üçün cənab prezidentin xüsusi tapşırığı ilə təyyarə ayrıldı və media nümayəndələri rahat şəkildə iştirak edə bildilər. Həm yerli, həm də xarici media nümayəndələri, rəhbər heyətləri, media subyektləri var burda. Hazırda fasilə elan olunub, bu vaxta qədər artıq bir panel və bir rəsmi açılış mərasimi həyata keçirilib. Yetəri qədər maraq var və çox gözəl şərait yaradılıb. Toxunulan mövzuların da hər biri yalnız gözəl sözlərdən ibarət deyil, həqiqətən də, görünür ki, mövzulara uyğun olaraq, xüsusi insanlar mediada olan problemlərin həll yollarını axtarırlar, ən əsası da “fake news”- “yanlış xəbər”in aradan qaldırılması barədə geniş müzakirələr getdi. Tədbirində gedişində- növbəti panellərdə də “moderator spiker”lər çox maraqlı məqamlara toxunacaqlar. Başda “MEDİANIN İNKİŞAFI AGENTLİYİ” olmaqla, tədbirin təşkilatçılarına və biz jurnalistlərin bayramını ikiqat bayrama çevirənlərə təşəkkürümüzü bildiririk!”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az