İstanbul bələdiyyəsinin rəhbərliyinə namizədlər Əkrəm İmamoğlu (CHP) ilə Binəli Yıldırım (AKP) Türkiyənin səkkizinci prezidenti Turqut Özalı anım mərasimində bir araya gəliblər.
Demokrat.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, tədbirdə Yıldırımı görən İmamoğlu ona yaxınlaşaraq salamlaşıb.
Daha sonra jurnalistlərin suallarını cavablandıran CHP namizədi bildirib:
“Binəli Yıldırımı görən kimi maşından enib onun yanına getdim və əl-ələ görüşdüm. Bir az daha tərəddüd etsəydi, onu qucaqlayacaqdım. Çünki millətin qucaqlaşmağa ehtiyacı var”.(“Qafqazinfo”)