Sosial

FHN Kürə aşan polis maşını ilə bağlı məlumat yaydı

FHN Kürə aşan polis maşını ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub. Demokrat.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Əlavə məlumat veriləcək. Qeyd edək ki, Kürə aşan avtomobil polis maşını olub.

D
demokrat.az