Hadisə

Kütləvi DAVA — Bir nəfər öldü

Kütləvi DAVA — Bir nəfər öldü

Gəncədə qonşular arasında kütləvi dava olub.

"Qafqazinfo"nun xəbərinə görə, şəhərin Səməd Vurğun küçəsində iki qonşu arasında dava düşüb.

Dalaşan qonşuları ayırmaq istəyən, 1952-ci il təvəllüdlü Alim Məmmədov avtomobillə vurulub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dava zamanı xəsarət alanlardan başqa bir qadın da xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az