Hadisə

Azərbaycan Ordusunun hərbçisi boğularaq vəfat etdi — YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun hərbçisi boğularaq vəfat etdi — YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***18:06

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Demokrat.az-ın məlumata əsasən, “Mingəçevir” məntəqəsindən 2 km aralı, qeyri-çimərlik ərazidə kişi meyiti aşkarlanıb.

Meyit vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

Azərbaycan Ordusunun hərbçisi boğularaq vəfat etdi — YENİLƏNİB/FOTO

D
demokrat.az