Bakının Nərimanov rayonunda 1951-ci il təvəllüdlü Zülfüqar şəxs münasibətlər zəminində tanışı Həbullaha xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 avqust 2019-cu ildə, saat 23 radələrində baş verib.
Zülfüqar şəxsi münasibətlər zəminində Həbullahla mübahisə edib. Mübahisə zamanı bıçaqla ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Zülfüqarın barəsində Cinayət Məcəlləsinin 126.2.4-ci (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan eidlib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zülfüqar özünü təqsirli bilib. O bildirib ki, 18 avqust 2019-cu ildə təxminən saat 20-21 radələrində adlarınınçəkilməsiniistəmədiyi tanışları ilə birlikdə spirtli içki qəbul edib: “Həmin tarixdə təxminən saat 23radələrində 2 il ərzində tanıdığım Həbullah ilə rastlaşanda danışdıq. Bir yerdə yeyib-içməyi razılaşdıq. Üzərimdə olan 50 manatlıqəskinasda pulu çıxardım. Həbullaha araq alaraq gətirməsi üçün verdim. Həbullah da 50manatl götürərək getdi. Bir qədər sonra qayıdaraq olduğum yerə gəldi. Oradahasarla əhatələnmiş insanların gediş-gəlişindən uzaq yerə keçdik. Arağı içəndən sonraHəbullahdan araq aldıqdan sonra qalan pulu qaytarmasını istədim. Lakin Həbullahpulunqalığını itirdiyini bildirdi. Pulu qaytarmadığı üçün aramızda sözlə mübahisə düşdü. Mübahisə zamanı Həbullah ünvanıma kobud formada dedi ki, nə isəyirsən, pulu itirmişəm,get işinlə məşğul ol. Həbullahın kobud danışmasınaəsəbiləşdim. Həm də məni vurmaq istədiyini fikirləşdim. Əynimdəki şalvarın arxa cibində olanözümə məxsus cib bıçağını çıxardım. Bıçaqla bir dəfə Həbullahın qarın nahiyyəsinəvurdum. İçkili olduğum üçün bundan sonra nə baş verməsini dəqiq xatırlamıram. Lakin,xatırlayıram ki, hadisədən sonra Həbulah oradan gedib. Bir qədər sonra polis əməkdaşlarıgəldi. Birlikdə Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə getdik”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Zülfüqarın barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Onun cəzasının əvvəl 2021-ci il sentyabrın 3-dən hesablanması qərara alınıb.
Fariz Məlikli Demokrat.az


