Region

Saakaşvilinin vəziyyəti son dərəcə ağırdır

Saakaşvilinin vəziyyəti son dərəcə ağırdır

Gürcüstanın üçüncü prezidenti, Ukraynanın İslahatlar üzrə İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin vəziyyəti son dərəcə ağırdır.

“İnterfaks-Ukrayna” yazır ki, bu barədə onun vəkili Şalva Xaçapuridze bildirib.

"Saakaşvilinin vəziyyəti son dərəcə ağırdır. Üzü qara olub, piqmentlər əmələ gəlib, əlləri qırışıb. Onun rəngi iki-üç gün əvvəl dünyasını dəyişən adamın rənginə bənzəyir".

Xaçapuridzenin sözlərinə görə, siyasətçinin müalicə üçün xaricə aparılması lazımdır. Bunun üçün qanunun cəzanın icrasının müvəqqəti dayandırılması ilə bağlı müddəasını tətbiq etmək lazımdır.

Aprelin 26-da müstəqil həkimlər elan etdilər ki, Saakaşvilinin xarici klinikada müalicəyə ehtiyacı var, çünki onun səhhəti çox ağırdır. Söhbət ehtimal olunan əlillik və hətta ölümdən gedir.

Mayın 12-də siyasətçi müayinə üçün Tbilisidəki Vivamed mülki klinikasına köçürülüb. Saakaşvilinin anası Giuli Alasania həmin gün oğlunu klinikada ziyarət etdikdən sonra həkimlərin onda 9 xəstəlik aşkarladığını bildirib. Ukrayna baş prokurorunun keçmiş müavini David Sakvarelidzenin sözlərinə görə, Saakaşvili Gürcüstanda zəhərlənə bilərdi. "Gürcüstanda indiki hakimiyyət çox metodikdir, çox məqsədyönlüdür... onu fiziki cəhətdən məhv etməyə çalışırlar".

Məlik Demokrat.az

D
demokrat.az