Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
Report” “Sky nuys”a istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.
“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, - o bildirib.
Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.
***12:24
Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.
Demokrat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
B.Conson payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək.
Məlik Demokrat.az


