Hadisə Özəl

Xaçmazda 23 yaşlı gənc dənizdə batdı

Xaçmazda 23 yaşlı gənc dənizdə batdı

Xaçmazda 23 yaşlı gənc dənizdə batıb.

Demookrat.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Leyla Demokrat.az

D
demokrat.az