Region

Medvedev Krıma “təcavüz etmək” cəhdinə görə dünyanı III Dünya müharibəsi ilə hədələdi

Medvedev Krıma “təcavüz etmək” cəhdinə görə dünyanı III Dünya müharibəsi ilə hədələdi

Əgər Ukrayna NATO-ya daxil olarsa və Krımı qaytarmağa çalışarsa, o zamanIII Dünya Müharibəsi başlaya bilər.

Bunu “Arqumentı i faktı” qəzetinə müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanı heç nə ilə təhdid etmir, lakin Ukraynanın guya Alyansa qoşulması “daha ​​təhlükəli bir miqyasdır”.

"Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Bu isə əbədidir. Krıma təcavüz etmək üçün istənilən cəhd ölkəmizə müharibə elanıdır. Əgər NATO-nun bir hissəsi olan ölkə bunu edirsə, bu, bütün Şimalı Atlantik Alyansı ilə münaqişədir və III Dünya müharibəsidir” – Medvedev bildirib.

Qeyd edək ki, Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva bildirib ki, hazırda müvəqqəti olaraq Rusiyanın işğalı altında olan Krımın geri qaytarılması hərbi yolla mümkündür.(visiontv.az)

Demokrat.az

D
demokrat.az