Gündəm Özəl

Azər Həsrət: “İran adlı dövlətin tarixin arxivinə göndərilməsinin vaxtı çatıb”

Azər Həsrət: “İran adlı dövlətin tarixin arxivinə göndərilməsinin vaxtı çatıb”

“İran dövləti və onun önündə gedənlərin Azərbaycan dövlətinə və bütövlükdə Azərbaycan xalqına qarşı münasibəti XXI əsr üçün xeyli təəccüblüdür, hətta qorxuncdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib. Analitikin sözlərinə görə, çünki İranın sərgilədiyi münasibət hardasa ilkin orta əsrlər təfəkkürü səviyyəsindədir:

“Halbuki, dünyada dövlətlə və xalqlar dinclə yanaşı qonşuluqla yaşamağa üstünlük verirlər, bir-birilə mübahisə, mübarizə deyil, əksinə daha yaxın münasibətlər içində yaşamağa üstünlük verirlər. Azərbaycan Respublikası da İrana münasibətdə dinc quruculuq siyasəti yürüdür, yəni dövlətimiz də, cəmiyyətimiz də İran dövlətinə, bütövlükdə İran xalqına münasibətdə radikallıqdan uzaqdır. Təəssüflər olsun ki, İranın bizə münasibəti baxımından bunu deyə bilmirik. Çünki həm İran dövlətinin başında duranlar, həm İran dövlətinin bizə qarşı hazırlayıb istifadə etdiyi şəxslər, həm də bütövlükdə o cəmiyyətin önündə gedən bir sıra qurumlar, şəxslər Azərbaycan dövlətinə və xalqına kin, nifrət qusmaqla məşğuldurlar. Əlbəttə ki, bunlar cavabsız qalmamalıdır. Biz məcburiyyət qarşısında buna cavab veririk, verməyə də davam edəcəyik”.

Siyasi-şərhçi hesab edir ki, artıq İran adlı dövlət 21-ci yüz illə ayaqlaşa bilmədiyinə görə, yenidən təşkil edilməlidir:

“Bu yenidən təşkil edilmə oradakı 40 milyonluq Azərbaycan türkünün hüquqlarının tanınması, onların dövlət haqqının tanınması, ümumillikdə İran adlanan dövlətin ki, bu dövlətin elə də qədim tarixi yoxdur, yəni biz bilirik ki, min illər ərzində həmin dövlət bir türk dövləti olub, bu gün İran adı altında fars dövləti kimi fəaliyyət göstərir. İran adlı dövlətin tarixin arxivinə göndərilməsinin vaxtı çatıb. Yəni, bu dövlət sadəcə qonşu Azərbaycana deyil, bütün dünyanın başına bəla olmaqdadır. Dini radikalizm, xurafat, orta əsr təfəkkürü, cəhalət bütün bunlar İranın ixrac etdiyi “dəyərlərdir”. Dünyanın belə dəyərləri ehtiyacı varmı? Təbii ki, yoxdur, o cümlədən Azərbaycanın da belə dəyərlərə ehtiyacı yoxdur. Həmçinin, İran xalqının özünün belə dəyərlərə ehtiyacı yoxdur. O baxımdan mən düşünürəm ki, dünya birliyi İran adlı artıq şər yuvasının tam olaraq ləğv edilməsi üçün addımlar atmalıdır. Necə ki, Rusiya dünyanın başına bəla olub, güneyimizdə də İran dünyanın başına bəladır. Dünya əlbəttə ki, Rusiya ilə olduğu kimi İranla da daha sərt, daha ciddi tədbirlər görməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az