İdman

Azərbaycan cüdoçusu erməniyə qalib gələrək, finala yüksəldi

Azərbaycan cüdoçusu erməniyə qalib gələrək, finala yüksəldi

Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Demokrat.az xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı yarımfinalda ermənistanlı Vahe Aqasyanla qarşılaşıb. Rəqibinə qalib gələn Orucov həlledici görüşə vəsiqə qazanıb.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva qızıl medal uğrunda yarışacaq. 48 kq-da çıxış edən idmançının finaldakı rəqibi isveçli Tara Babulfat olacaq.

50 kq-da Məhəmməd Məmişov finala gedən yolda fransalı Kays Gettari, 60 kq-dakı Nizami İmranov isə ukraynalı Nazar Viskovu sınağa çəkəcək.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan 6 cüdoçudan 2-si - Xalid Məmmədov (50 kq) və Xumar Qasımzadə (44 kq) isə yarışı medalsız başa vurub.(report.az)

D
demokrat.az