Media Özəl

“Venesiya Komissiyasının iddiaları reallıqdan uzaqdır” — Media rəhbərlərindən qərəzli rəyə REAKSİYA

“Venesiya Komissiyasının iddiaları reallıqdan uzaqdır” — Media rəhbərlərindən qərəzli rəyə REAKSİYA

Elçin Şıxlı: “Təəssüf ki, Milli Məclisin iclasında bizim media ilə bağlı təkliflərimiz nəzərə alınmadı”

Baş redaktor: “Bizim mediamız azaddır, amma jurnalistlərimiz azad deyil”

Anar Tahirov: “Bu rəydə layihənin müzakirəsi “seçilmiş qruplarla” aparılıb”

Şöhrət Eldəniz: "Venesiya Komissiyası Soloyovsayağı "əsas kirləndirmək" prizmasından münasibət bildirib"

Avropa Şurası Venesiya Komissiyası Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyini açıqlayıb. Rəydə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe sərgilənib.

“Venesiya Komissiyasının iddiaları reallıqdan uzaqdır” — Media rəhbərlərindən qərəzli rəyə REAKSİYA

Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Demokrat.az-a açıqlamasında bildirib ki, əslində Venesiya Komissiyasının rəyi Azərbaycan üçün yeni deyil:

“Əslində Venesiya Komissiyası bizim üçün yeni nə isə söyləməyib. Çünki onların bəyənmədiyi, yanlış hesab elədiyi məsələlərə biz və bir qrup media mütəxəssisi vaxtilə münasibət bildirmişik. Buna etiraz edənlər - Ələsgər Məmmədli, Mehman Əliyev, Qulu Məhərrəmli, Arif Əliyev, Osman Gündüz və mən idim. Bu təklifləri də bizim media hüquqşünaslarından xahiş elədik, iki-üç dəfə də Milli Məclisdə fikirlərimizi müzakirə etdik, təhlükə gördüyümüz məqamları da bildirdik, təklifləri də verdik. Lakin təəssüflər olsun ki, Milli Məclisin iclasında bizim təkliflər nəzərə alınmadı. İndi də beynəlxalq struktur olan Venesiya Komissiyası eyni fikirləri səsləndirib”.

“Venesiya Komissiyasının iddiaları reallıqdan uzaqdır” — Media rəhbərlərindən qərəzli rəyə REAKSİYA

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə deyib ki, yeni qanunun nə dərəcədə effektiv olduğunu, tətbiqindən sonra demək mümkün olacaq: “Milli Məclisdə qanunun son müzakirəsində mən də iştirak etmişəm. Geniş müzakirə oldu, mən də çıxış elədim, təkliflərimi bildirdim. Biz köhnə qanunla da işləmişik, indiki qanunla da işləmək istəyirik. Bu qanun hələ kəsilməmiş qarpız kimidir. Biz əsas onun təsdiqini gözləyirik. Keçmiş qanun da təkmil idi, ancaq orada da məhdudlaşdırıcı məqamlar var idi. Amma jurnalist öz içində azaddırsa, onun peşəkarlığı imkan verirsə, onun hüquqları təsdiqdə məhdudlaşdırıla bilməz. Qanunun müzakirəsində də 95 faiz insan dəstəklədi ki, qanun təkmildir, keçmiş qanundan kifayət qədər fərqlənir. Amma hər şey yeni qanunun tətbiqindən sonra məlum olacaq. Elə bil bahalı bir maşını alıb ölkəyə gətirmisən, amma hələ onu idarə etməyi öyrənməlisən. Kim idarə edəcək, necə edəcək, bax o maraqlıdır. Kaş qanunun tətbiqinə başlanılaydı, biz görəydik nəticə necə olur. Əli Həsənovun, Vüqar Səfərlinin, Mətbuat Şurasının dövründə ən çox əziyyət çəkən biz olmuşuq. Bu qanun hansısa problemlərə yol açsa da, biz bu qanuna şükür edəcəyik. Jurnalist öz içində azad deyilsə, ona ən ideal qanunu da tətbiq etsəniz, o idarə edə bilməyəcək. Bizim mediamız azaddır, amma jurnalistlərimiz azad deyil. Sükan da jurnalistin əlindədir, o azad olmayanda idarə edə bilmir. Ölkəyə öz gözləri ilə baxırlar, ölkənin olduğu səviyyədən deyil, öz səviyyələrindən baxırlar”.

“Venesiya Komissiyasının iddiaları reallıqdan uzaqdır” — Media rəhbərlərindən qərəzli rəyə REAKSİYA

“Bizim media” informasiya portalının baş redaktoru Anar Tahirov qeyd edib ki, Venesiya Komissiyasının fikirləri reallıqdan uzaqdır:

“Venesiya Komissiyasının “Media haqqında” qanuna dair rəyinin reallıqdan uzaq olduğunu düşünürəm. Əvvəla ona görə ki, rəydə layihənin müzakirəsinin “seçilmiş qruplarla” aparıldığı qeyd olunub. Lakin müzakirələr mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub və KİV-lərdə şəffaf şəkildə işıqlandırılıb. Ona görə də hər hansı “seçilmiş qruplar”dan söhbət gedə bilməz.

İkinci qərəzli məqam isə qanunun guya media subyektləri tərəfindən anlaşılan olmamasıdır. Lakin qanunda bütün lazımi müddəalar izahları ilə birgə öz əksini tapıb.

“Venesiya Komissiyasının iddiaları reallıqdan uzaqdır” — Media rəhbərlərindən qərəzli rəyə REAKSİYA

Üçüncüsü isə qanunda media subyektlərinin xaricdən maliyyələşməsi ilə bağlı da Venesiya Komissiyasınınn rəyində qeyd olunduğu kimi, hər hansı qadağa mövcud deyil. Müvafiq qanunda bütün dünyada geniş tətbiq olunan maliyyə məlumatlarının MEDİA-ya təqdim olunması müddəası öz əksini tapıb. Bu da hesabatlılıq prinsipinin qorunmasından irəli gəlir.

Dördüncüsü, Venesiya Komissiyanın rəyində media reysterinə daxil edilmənin jurnalistlər üçün məcburi yox, könüllü olması məsələsi də yalnış təsvir edilib.

Ümumilikdə isə, qanunun əksər müddəaları Venesiya Komissiyasının məsələlərə yanaşması ilə üst-üstə düşür. Buna rəğmən Venesiya Komissiyasının müvafiq rəyi verməsində qərəzli yanaşma aydın şəkildə hiss edilir. Bu qərəz, ya Komissiyanın həqiqətən də Azərbaycana qarşı ikili standartlarla çıxış etməsindən, ya da yetərli və obyektiv araşdırma aparmamasından irəli gələ bilər”.

“Venesiya Komissiyasının iddiaları reallıqdan uzaqdır” — Media rəhbərlərindən qərəzli rəyə REAKSİYA

"Visiontv.az" saytının baş redaktoru Şöhrət Eldəniz isə vurğulayıb ki, Venesiya Komissiyasının “Media haqqında” qanuna dair rəyi qərəzlidir:

"Bu məsələ ilə bağlı Uzun-uzadı yazıb mənasız polemikalara girmək fikrim yoxdur. Venesiya Komissiyasının "Media haqqında" qanunda bəzi maddələr barədə yazdığı mənfi rəylərin ( Komissiyanın rəyi çap olunub, tapıb oxuya bilərsiniz) tamamı taftalogiyadır. Bu rəyləri hazırlayanın başı Ukrayna-Rusiya müharibəsində ikinci tərəfi "ne prav" çıxartmaq üçün tezislər hazırlamağa qarışdığından və özünə əziyyət vermək istəmədiyinə görə 20 il bundan qabaq dedikləri fikirləri kompüterin arxivindən tapıb "kopipast" edib, yenidən göndərib üstümüzə. Guya "oşibka" tapıblar. Yenə deyirəm qanun layihəsinin müzakirəsi vaxtı biz, bunların yazdıqları rəydən fərqli olaraq daha əsaslandırılmış təkliflər, fikirlər bildirdik. Bəziləri qəbul olundu. Qəbul olunmayan bəzi təkliflər var ki, günü bu günə kimi yenə də mediada yazılır, tənqidi fikirlər bildirilir. O boyda Avropa Şurasının nəzdində olan Venesiya Komissiyası isə dediyim kimi obyektiv, konkret arqumentə söykənən təklif və tənqid yazmaq əvəzinə Soloyovsayağı "əsas kirləndirmək" prizmasından münasibət bildirib".

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az