Hadisə

Abşeronda sürücü uşağın üstündən keçdi

Abşeronda sürücü uşağın üstündən keçdi

Xırdalan şəhərində körpə avtomobilin altında qalıb.

Demokrat.az xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Qonşuluqda yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.(apa.az)

D
demokrat.az