Region Özəl

Türkiyədə mikroavtobus və yük maşını toqquşdu, ölən və yaralılar var

Türkiyədə mikroavtobus və yük maşını toqquşdu, ölən və yaralılar var

Türkiyənin Balıkəsir vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki, Dursunbəy-Kepsüt yolunun 35-ci kilometrində mikroavtobusla yük avtomobili toqquşub.

Qəza zamanı səkkiz nəfər ölüb, on nəfər yaralanıb.

Altı nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada dünyasını dəyişib.

Leyla Demokrat.az

D
demokrat.az