Hadisə

Bakıda yaşayış binasında yanğın oldu — Ölən var

Bakıda yaşayış binasında yanğın oldu — Ölən var

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb.

FHN-dən Demokrat.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlik Demokrat.az

D
demokrat.az