İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb.
Demokrat.az xəbər verir ki, onlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.
Daha sonra isə Şuşa şəhərinə yola düşüblər.
Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədirlər.


Məlik Demokrat.az


