Ukrayna Prezidenti Volodimr Zelenski hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin erkən bitməsinə dair heç bir əlamət yoxdur.
Demokrat.az xəbər verir ki,prezident bu fikirlə "Chatham House Kral Beynəlxalq Münasibətlər İnstitutu"nun mütəxəssisləri qarşısında çıxış edib.
"Bu gün genişmiqyaslı müharibənin 72-ci günüdür və biz hələ müharibənin sonunu görmürük. Biz Rusiya tərəfdən bunu başa çatdırmaq üçün heç bir istəyi hiss etmirik və görmürük. Və qənaətbəxş həll yollarını görmürük. - deyə o bildirib.
Zelenski izah edib ki, Ukrayna müharibədə mümkün qədər tez qələbə qazanmağa, ərazi bütövlüyünü bərpa etməyə və dağıdılmış əmlakın, xüsusən də Rusiyadan müsadirə olunan vəsaitin bərpasına başlamağa çalışır.
Leyla Demokrat.az


