Gündəm Özəl

Kaspi Təhsil Mərkəzinin binası niyə möhürlənib? — Detalları AÇIQLANDI

Kaspi Təhsil Mərkəzinin binası niyə möhürlənib? — Detalları AÇIQLANDI

Kaspi Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənməsinin detalları məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, binanın birbaşa Kaspi Təhsil Mərkəzinnə adiyyatı yoxdur.

Bildirilir ki, icra məmurları tərəfindən binanın möhürlənməsi Vüqar Səfərlinin hökmünün icrası ilə bağlıdır.

“Vüqar Səfərlinin barəsində olan hökmdə həmin binaya həbs qoyulub. Sadəcə, Kaspi Təhsil Mərkəzi həmin binada yer icarəyə götürüb. İddia edib ki, onun həmin yerdə əşyaları var. Bununla bağlı Kaspi Təhsil Mərkəzi ilə mübahisə yaranıb. Birbaşa olaraq təhsil mərkəzinə heç bir adiyyatı yoxdur. İcra məmurları da həmin əmlakları Vüqar Səfərlinin əmlakları kimi qiymətləndirməyə göndəriblər. Mərkəzində əmlakları Vüqar Səfərlinin əmlakı kimi göstərilib. Bununla bağlı araşdırma aparılır. Əgər orada Kaspi Təhsil Mərkəzinin əmlakı olsa özünə veriləcək. Əgər sübuta yetirilməsə, qiymətləndirmədən sonra maliyyə nazirliyinə göndəriləcək.

Onu da bildirək ki, bu günlərdə Səbail rayon İcra və probasiya şöbəsi əməkdaşları tərəfindən Kaspi Təhsil Mərkəzinin ofisinin icarədarları binadan çıxarılıb və binanın qapısı icra məmuru tərəfindən möhürlənib.

Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub.

Əli Həsənov işdən çıxarılandan sonra icra məmurları tərəfindən ofisi möhürlənən bina icarəyə verilib.

Son vaxtlar həmin binanın Əli Həsənovdan alınması barədə söz-söhbətlər dolaşsa da, bu rəsmi təsdiqini tapmırdı.

Amma bu günlərdə binanın qapısı icra məmurları tərəfindən möhürləməsi bir daha sübut edir ki, həmin bina Əli Həsənovdan alınıb.

Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az