Gündəm Özəl

ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı qətnamə Konqresə təqdim edildi

ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı qətnamə Konqresə təqdim edildi

ABŞ Konqresi Rusiya üçün aydın qırmızı xətt təyin edə biləcək qətnaməyə baxacaq.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki,Respublikaçı senator Adam Kinzinger ABŞ Konqresinə Ukraynanın müdafiəsi üçün ABŞ Silahlı Qüvvələrinin istifadəsini nəzərdə tutan qətnamə təqdim edib.

Qətnamə Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etdiyi ssenarilərə cavab olaraq hərbi güc tətbiqinə icazə verilməsini nəzərdə tutur.

"Dövlət katibi Blinkenlə danışaraq və Putinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı onun ciddi narahatlığını dinləyərək, mən əminəm ki, Birləşmiş Ştatlar bu zorakılığa dözməyəcəyimizi beynəlxalq ictimaiyyətə nümayiş etdirəcək. Mən və işçi heyətim dövlət katibi ilə görüşü səbirsizliklə gözləyirik".

Leyla Demokrat.az

D
demokrat.az