İncəsənət

Məşhur xanəndə vəfat etdi

Məşhur xanəndə vəfat etdi

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

Bu barədə "Report"a xanəndənin yaxınları məlumat verib.

Bildirilib ki, o, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur “Neyçün bəs” mahnısının müəllifidir.

Demokrat.az

D
demokrat.az