“Həmin verilişləri izləmirəm, maraqlı deyil. Aparıcılar özlərini müstəntiq kimi apara bilərlər, belə proqramlar dünyanın bir çox ölkələrdində yayımlanır. Sadəcə olaraq, digər ölkələrdə həmin verilişlərin aparıcıları daha peşəkardırlar. Vətəndaşlar belə verilişlərin hüquq-mühafizə orqanlarının işini şübhə altına aldığını iddia edə, ümumiyyətlə, çox şey düşünə bilərlər, amma vətəndaş hüquq-mühafizə orqanı deyil”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı televiziya məkanında yayımlanan, insanların şəxsi həyatından şou yaradan veriliş proqramları barədə danışarkən deyib.
E.Şıxlı bildirib ki, əgər belə verilişlər, doğrudan da, hüquq-mühafizə orqanlarının işinə mane olursa, onlar xəbərdarlıq göndərə və ya məsələyə müdaxilə edə bilərlər.
“Vətəndaşlar isə narazı qaldıqları verilişlərə baxmasınlar. Nəzərə almaq lazımdır ki, müəyyən kəsim tərəfindən bəyənilmədiyi üçün hər verilişin yayımına qadağa qoyulsa, ümumiyyətlə, heç nə qalmaz”, - deyə jurnalist qeyd edib.
Demokrat.az


