Hadisə

Əli İnsanov onu müdafiə etmiş hüquq müdafiəçiləri ilə görüşdü

Əli İnsanov onu müdafiə etmiş hüquq müdafiəçiləri ilə görüşdü

Sabiq səhiyyə naziri Əli İnsanov həbsdə olan zaman onu müdafiə edən hüquq müdafiəçiləri ilə görüşərək, onlara təşəkkür edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə Əli İnsanov gül dəstəsi ilə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisinə gələrək, hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb.

Görüş zamanı sabiq nazir onu müdafiə etmiş hüquq müdafiəçilərinə təşəkkür edib.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Demokrat.az-a açıqlamasında faktı təsdiqləyib.

O, Əli İnsanovun xəbərsiz şəkildə ofisinə gələrək, onlara təşəkklür etdiyini söyləyib.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az