Hadisə

Bakıda beşmərtəbəli binada yanğın — 15 nəfər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın — 15 nəfər təxliyə olundu

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az