Hadisə

Azərbaycanda 29 yaşlı qızın meyiti tapıldı

Azərbaycanda 29 yaşlı qızın meyiti tapıldı

Mingəçevirdə yaşayış evində qadın meyiti aşkar edilib.

Demokrat.az xəbər verir ki, Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan 1993-cü il təvəllüdlü Əhmədova Aytəkin Əflatun qızı yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun meyitini yaxınları aşkar ediblər.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, A.Əhmədova 2019-cu ildən Mingəçevir Ruhi Əsəb Dispanserində qeydiyyatda olub.(publika.az)

D
demokrat.az