Hadisə

Bakının mərkəzində avtobus yandı

Bakının mərkəzində avtobus yandı

Bakıda sərnişin avtobusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Demokrat.az-a verilən məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az