Xarici siyasət

“NATO Ukraynaya daxil olarsa, Putin… " — ÖZƏL

“NATO Ukraynaya daxil olarsa, Putin…  — ÖZƏL

“NATO sülhməramlıları və Avropa dövlətlərinin hərbi kontingenti Ukraynaya daxil olarsa Putin geri addım ata bilər. Çünki, Putin güc amilindən çəkinir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, Rusiyanın NATO və Avropa İttifaqını qarşına alıb müharibə etmək iqtidarında deyil:

“Ukrayna ordusu qarşısında dayana bilməyən Rusiya öz ərazisindən raket atışı ilə şəhərləri hədəf alır. Qərb Rusiyanı Ukraynada tələyə salsa da birbaşa müdaxilə etmir. Geopolitik qarşıdurmada Rusiyanı Ukraynada "gücünü tükətmək" strategiyasını tətbiq edir”.

Aynurə Demokrat.az

D
demokrat.az