Britaniyanın “Financial Times” qəzeti Ukraynanın neytrallığını bəyan edəcəyi və ordusuna məhdudiyyətləri qəbul edəcəyi təqdirdə Rusiyanın geri çəkilməsini nəzərdə tutan 15 bənddən ibarət müvəqqəti sülh planında əhəmiyyətli irəliləyiş əldə edildiyini irəli sürüb.
Demokrat.az xəbər verir ki, qəzet danışıqlarda iştirak edən 3 rəsmi nümayəndədən aldığı məlumatları dərc edib və Ukrayna və Rusiya tərəflərinin 4 ümumi bənd üzrə mümkün kompromis təmin edəcəyini bildirib.
Qəzetin yazdığına görə, Rusiyanın Ukraynadan geri çəkilməsini təmin edən bəndlər aşağıdakılardır:
1.Atəşkəs əldə olunacaq və rus əsgərləri işğal olunmuş ərazilərdən geri çəkiləcək.
2.Ukrayna ordusu mövcud olmağa davam edəcək, lakin ölkədə heç bir xarici baza olmayacaq.
3.Ukrayna NATO-ya qarşı neytrallığını bəyan edəcək, Ukraynanın təhlükəsizliyini ABŞ, Böyük Britaniya və Türkiyə təmin edəcək.
4.Rus dilinin hüquqi statusunu bərpa edəcək.
Qeyd edilib ki, razılaşmaya ən böyük maneə Krımın və Donbass bölgəsinin statusudur.
1.Moskva Krımın Rusiya ərazisi, Donbasın isə respublika kimi tanınmasını istəyir.
2.Ukrayna isə rus qoşunlarının bütün Ukraynadan çıxarılmasını tələb edir.
Qəzetin xəbərinə görə, Rusiya tərəf“razılaşdıq demək tezdir” desə də, dünən İsveç və Avstriya modelinə yaşıl işıq yandırdıqlarını açıqlayaraq, yuxarıda qeyd olunan maddələri səbirsizliklə gözlədiklərini bəyan edib.
Britaniyanın “Financial Times” qəzeti Rusiya ilə Ukrayna arasında 15 maddədən ibarət müvəqqəti sülh planının olduğunu iddia edib. Bu maddələrə əsasən, atəşkəs əldə olunacaq, Ukrayna öz neytrallığını bəyan edəcək və silahlı qüvvələrinin məhdudlaşdırılmasını qəbul edəcək. Sonra Rusiya Ukraynadan çəkiləcək.
“Financial Times” da danışıqlarla bağlı üç rəsmiyə istinad edərək tərəflərin 15 maddədən ibarət müvəqqəti sülh planında əhəmiyyətli irəliləyiş əldə etdiyini iddia edib.
Bununla belə, müvəqqəti sülh planına əsasən, Ukrayna NATO-ya üzv olmaqdan imtina edəcək və həmçinin xarici hərbi bazalara və ya silahlara ev sahibliyi etməyəcəyinə zəmanət verəcək. Bunun müqabilində Ukrayna ABŞ, Böyük Britaniya və Türkiyə kimi müttəfiqlərdən müdafiəni təmin edəcək.
Qeyd olunub ki, Moskva tərəfi Krımın Rusiya ərazisi, Donbasın isə respublika kimi tanınmasını istəyir. Ukrayna tərəfi isə razılaşmanın prioriteti kimi Rusiya qoşunlarının bütün Ukraynadan çıxarılmasını şərtləndirib. Krım və Donbas məsələsinin barışıqda problem ola biləcəyi bildirilib.
Ukrayna tərəfi də Rusiyanın səmimiyyətindən narahatdır. Ukrayna rəsmiləri rusların cəbhəyə döyüş sursatı və qoşun göndərmək üçün vaxt qazanmağa çalışmasından narahatdırlar.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynanın neytrallığı Avstriya və ya İsveçrə modeli ola bilər. Yuxarıda adı çəkilən 15 maddəlik layihənin ilk dəfə bazar ertəsi müzakirə edilməsi də xəbərlər sırasındadır.
"Financial Times"da yer alan sülh planının iddiası ilə bağlı Kremldən də soruşulub. Kreml məlumatları təkzib etməyib və “hər hansı bir razılaşmanı açıqlamağın hələ tez olduğunu” bildirib.
Məlik Demokrat.az


