Region

Hulusi Akar ukraynalı həmkarı ilə DANIŞDI

Hulusi Akar ukraynalı həmkarı ilə DANIŞDI

Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksiy Reznikov ilə telefon danışığı aparıb. Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı türkiyəli nazir təhlükəsiz təxliyənin təmin edilməsi və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən müddətə də olsa atəşkəsin zərurətini vurğulayıb. Bundan əlavə, H. Akar Türkiyənin əvvəllər olduğu kimi Ukraynaya humanitar yardımın çatdırılması, sülh və əmin-amanlığın bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğunu da qeyd edib.

D
demokrat.az